YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq qalib Liderinə sadiqdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Sədərək rayonunun Heydərabad qəsəbəsində seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Arif Qasımov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib.  Cənab İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Seçicilər isə çıxışlarında “Zəfər seçkisi”ndə xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.