YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astara rayonunda seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Astara rayonu Hamoşam və Motlayataq kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, təşviqat qrupunun üzvləri Natiq İbadov, Famil Abdullayev, Əbülfət Əliyev çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.  

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Astara rayonu Əzərüd kəndində, XTQ giziri, Aprel şəhidi Pəncəli Teymurovun ev muzeyində, eləcə də fərdi görüşlər keçirilib.