YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sözümüz İmzamızdır!

Xətai rayonunda seçicilərinin iştirakı ilə fləşmob keçirilib

2024-cü il 7 fevral tarixində ölkəmizdə keçiriləcək  prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş  cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası  çərçivəsində yanvarın 27-də Xətai rayonunda fləşmob keçirilib.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının təşkilatçılığı ilə rayon seçicilərinin iştirakı ilə Lütfizadə 10 və M. Rüstəmov 21 ünvanlarının kəsişməsində yerləşən məhəllədə keçirilən “Sözümüz İmzamizdır!” fləşmobunda 500 nəfərə yaxın seçici iştirak edib.

Fləşmobun əsas ideyasını Prezident İlham Əliyevin son 20 il ərzində xalqa layiqincə xidmət etməsi, dövlətimizi qüdrətləndirməsi, verilən bütün vədlərin yerinə yetirilməsi, Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək qalib dövlətə çevirməsi təşkil edib. Xoşbəxt gələcəyimiz üçün Qalib ölkənin Qalib Liderinə səs verək!

Fləşmob seçicilərdə böyük maraq oyadıb və xoş təəssürat yaradıb.