YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Azərbaycan icması Birləşmiş Ştatlar hökumətini Ermənistana təzyiq göstərməyə çağırır

ABŞ-da çıxan “Journal Star” qəzetində ABŞ-ın Azərbaycan icmasının üzvü Nicat Uorlinin Azərbaycanın Ağdam rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar “Ermənistana təzyiq göstərin” sərlövhəli müraciəti dərc olunub. 

Məqalədə Ermənistanın 1987-ci ilin sonunda başladığı Azərbaycanın Dağlıq Qarabağ regionunun qəsb edilməsi siyasətindən danışılır. Azərbaycan SSR parlamenti və SSRİ Ali Sovetinin Rəyasət Heyəti erməni millətçilərinin Azərbaycan ərazilərini Ermənistana birləşdirmək tələblərini rədd etdikdən sonra Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı və 1992-cı ilin ortalarına doğru azərbaycanlı əhalini ölkənin Dağlıq Qarabağ regionundan qovdu.

Sonra məqalədə Ağdam rayonu, məcburi köçkünlər və Ağdamın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Azərbaycana vurulan ziyan barədə statistik məlumatlar gətirilir. BMT Təhlükəsızlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü il tarixli dörd qətnaməsinin və BMT Baş Məclisinin 2008-ci il tarixli qətnaməsinin əhəmiyyətini qeyd edən müəllif ABŞ hökumətini Ermənistana təzyiq göstərməyə, onu beynəlxalq qurumların qətnamələrinə riayət etməyə, işğalçı qoşunlarını suveren Azərbaycanın ərazilərindən çıxarmağa və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaratmağa məcbur etməyə çağırır.

Xatırladaq ki, “Journal Star” qəzetində müraciət ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinin Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları və Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə məlumatlandırılmasına dair ənənəvi kampaniyası çərçivəsində dərc olunub.