YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-Lider birliyi Azərbaycanı daha xoşbəxt gələcəyə doğru aparır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Balakən rayonunun Mazımçay kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvü Ramazan Molulov çıxış edib. Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və Qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

Qeyd edək ki, Balakən rayonunun Talalar kəndinin seçiciləri ilə də məhəllə görüşü keçirilib.