YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam sonsuzdur!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də zəngilanlı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşviqat qrupunun üzvü Aynurə Abdullayeva çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, son 20 ildə qazanılan bütün uğurların əsasında cənab İlham Əliyevin milli maraqlara söykənən siyasəti dayanır. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində 30 illik işğala son qoyulub. 

Natiqlər qazanılan Zəfərlə regionda yeni reallıqların yarandığını deyib, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.