YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdrik Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Astara rayonu Suparibağ kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, təşviqat qrupunun üzvləri Elnur Rüstəmov, Cahangir Əliyev və Rafiq Əliyev çıxış ediblər. Görüş zamanı Prezident İlham Əliyevin güclü, qüdrətli, məğlubedilməz və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən gələcəkdə cənab İlham Əliyevin görəcəyi işlər hələ çoxdur. Cənab İlham Əliyev bundan sonra da hələ uzun illər Azərbaycanın inkişafına, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edəcək.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs  verəcəklərini bildiriblər.  

Həmin gün rayonun Tüləgüvan kəndində məhəlli görüş də keçirilib.