YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qazax rayonunun Aslanbəyli kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, təşviqat qrupunun üzvləri İsgəndər Qurbanov, Akif Əmirov, Sevda Həsənova,  Elxan Abdullayev, Qədir Əfəndiyev, Kazım Kazımlı, Pəri İbrahimova  çıxış ediblər.  Çıxışlarda qeyd olunub ki, Vətənimizin müstəqilliyini, onun inkişafını və xalqımızın firavanlığını təmin edə biləcək yeganə namizəd  qalib Lider İlham Əliyevdir. İnanırıq ki, cənab İlham Əliyevin rəhbərliyinizlə Azərbaycan daha çox nailiyyətlərə imza atacaq, daha da qüdrətləndirəcək, gələcəyi daha da parlaq sabahlara açılacaq.

Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.

DİGƏR Xəbərlər Arxiv