YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni zəfərlərə səs verək

Tovuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Tovuz şəhərində, həmçinin rayonun Qaradaş və Qaralar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Gənclər Birliyinin üzvü İlqar Axundov, təşviqat qrupunun üzvləri İlqar Kərimov, Məzahir Bayramov, Humay Aslanova, Güldərən İbrahimova, Günel Qasımova, Nərgiz Sabirli və Yeganə Eyvazova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu, xalqımızın həyat şəraiti və rifahı daha da yüksəlir. Dövlət-xalq-iqtidar birliyi xalqın dövlət başçısı İlham Əliyevə inamının və etimadının göstəricisidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi tarixi Zəfər, işğal altındakı torpaqlarımızın azad edilməsi qəhrəmanlıq salnaməsidir.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal olmağa və Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə dəvət ediblər.