YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı parlaq zəfərə qovuşduran Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Xaçmaz rayonunun Niyazoba, Gülalan, Qaraçı  kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvlərindən Nazim Ağayev,  Nadir Süleymanov Abasyar Heydərov, Ramin Əzizov, İmran Museyibov və başqaları çıxış ediblər.  Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.

Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonu Qaraqurtlu kənd seçiciləri ilə məhəllə görüşü də keçirilib.

DİGƏR Xəbərlər Arxiv