YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək naminə

Şərur rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Şərur rayonunda ilk dəfə səs verəcək gənclərlə, eləcə də Dərvişlər və Oğlanqala kənd sakinləri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Əmir Babayev, İsmayıl Qəribli, Nüsrət Həsənov, Milli Məclisin deputatı Cəbi Quliyev, təşviqat qrupunun üzvləri Əli İsmayılov, Mikayıl Əliyev, Günel Vəliyeva, Musa Quliyev, Tahir Əliyev, Musa Şirəliyev, Asəf Babayev çıxış ediblər.

Çıxışlarda ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyi, bütün sahələrdə nailiyyətlər əldə etdiyi bildirilib, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarının da məhz Müzəffər Ali Baş Komandan olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.

Natiqlər seçiciləri “Zəfər seçkisi” kimi dəyərləndirilən prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv