YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev tariximizin ən şərəfli dövrünün memarıdır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçalada qadın seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP Gənclər Birliyinin üzvü Nərmin Qocaman, təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Gülqədəm Mirzəzadə, Bədirə Niftalıyeva və Nəcibə Abdullayeva çıxış ediblər. Çıxış edənlər Azərbaycan qadınının müsəlman Şərqində ilk dəfə seçki hüququna malik olmasını xatırladıb, onların cəmiyyətin həyatında mühüm yeri və rolu barədə bəhs ediblər. Bilidirilib ki, Prezident İlham Əliyev tərəfindən “Gender bərabərliyinin təminatları haqqında” Qanunun təsdiq edilməsi bütün növ ayrıseçkiliklərə qarşı dövlət siyasətinin təzahürüdür. Bu gün Azərbaycan qadını tarixini ənənələrin daşıyıcısı, eləcə də, müasir aləmin inikasıdır.

Natiqlər həmçinin, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizin qlobal miqyasda layiqli yer tutduğunu qeyd ediblər. 

Çıxış edən qadın seçicilər hər zaman olduğu kimi 7 fevral seçkilərində də Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv