YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan xalqı öz Lideri ilə fəxr edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva və başqaları çıxış ediblər. Çıxışlarda cənab İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində Xankəndi şəhərinə sancılan Dövlət Bayrağı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından və digər əldə olunmuş nailiyyətlərdən geniş bəhs olunub. Qeyd olunub ki, böyük Zəfərlə başa çatan Vətən müharibəsindən sonra aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda görülən nəhəng quruculuq-abadlıq  işləri, məcburi köçkünlərin doğma yurdlarına Böyük Qdayıdışı qürurverici hadisə kimi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb.

Çıxış edən seçicilər isə prezident seçkilərində fəal iştirak edəcəklərini və xalqımıza Zəfərlər yaşadan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində həmin gün Səngəçal qəsəbəsinin “Dəmiryolçular küçəsi massiv 1, ev 1” ünvanında  seçicilərlə məhəllə görüşü keçirilib.