YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeganə seçimimiz İlham Əliyevdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Naxçıvan şəhərində Azərbaycan küçəsi, Babək məhəlləsi və Əliabad qəsəbəsində seçicilərlə məhəlli görüşlər keçirilib.

Görüşlərdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli və təşviqat qrupunun üzvləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son 20 ildə bütün sahələrdə böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası müstəqillik dönəminin ən böyük tarixi hadisəsidir.

Qeyd olunub ki, yeni hədəflərin uğurla reallaşdırılması üçün xalqın Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə növbəti dəfə etimad göstərəcəyi şübhəsizdir.

Görüşdə çıxış edən seçicilər də yeganə seçimlərinin qalib Lider İlham Əliyev olduğunu əminliklə ifadə ediblər.