YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız 20 il öncə etdiyi seçimin qürurunu yaşayır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Qobustan rayonunun Üzümçü qəsəbəsi, Bədəlli və Sədəf kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və təşviqat qrupunun üzvləri çıxış ediblər. Natiqlər seçicilərə prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

Qeyd edək ki, tədbirdən sonra təşviqat qrupunun üzvləri Qobustan şəhərinin müxtəlif məhəllələrində seçicilərlə fərdi görüşlər keçiriblər.