YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa xidmət nümunəsi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də  Siyəzən rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Qalib Xalqın, Qalib Lideri!” adlı videoçarx nümayiş olunub.

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, YAP Gənclər Birliyinin üzvü Ülviyyə Axundova və təşviqat qrupunun üzvü Nəcməddin Mürvətov çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdən və antiterror əməliyyatları nəticəsində suverenliyimizin bərpa edilməsindən bəhs ediblər.

Natiqlər seçiciləri YAP-ın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.