YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizi parlaq gələcəyə aparan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Sabunçu rayonunda seçicilərlə növbəti görüşlər keçirilib.

“Qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, rayonun Sabunçu qəsəbəsinin Həmid Araslı, Rəsulzadə, Günəşli küçələri, Bakıxanov qəsəbəsinin Məhsəti Gəncəvi, Səməd Vurğun, Muxtar Vəkilov küçələrində yaşayan seçicilərlə fərdi görüşlər keçirilib. 

Natiqlər seçiciləri ölkəmizi parlaq gələcəyə aparan Lider İlham Əliyevə səs verməyə çağırıblar.