YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahbuzlular dünya miqyaslı siyasi Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Şahbuz rayonunda ağsaqqallar və ziyalılar ilə görüş keçirilib.

Görüşlərdə YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, təşviqat qrupunun üzvləri Səadət Abdinova, Sahib Hüseynov, Feyzulla Əmənov, Həmid Mirzəyev, Sabiq İmanov və Almaz Əliyeva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi strategiyası ilə dövlətimiz dünya dövlətləri içərisində layiqli yerini tutub, beynəlxalq nüfuzu və mövqeyi daha da artıb, xalqımızın rifah halı yüksəlib. Məhz bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların davam etməsi ilə dövlətimiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlərə imza atacaq.

Seçicilər fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklərini, dünya miqyaslı siyasi lider İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.