YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt gələcəyimizin qarantı

Şərur rayonunda seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Şərur rayonunda qadın seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Həsənova, təşviqat qrupunun üzvləri Leyla Abbasova, Musa Quliyev, Gülxar Hüseynova çıxış ediblər.

Çıxışlarda təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün etməsinə diqqət çəkilib. Natiqlər cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda aparılan çevik islahatlardan, qəbul olunan dövlət proqramlarının önəmindən də ətraflı bəhs ediblər.

Təşviqat qrupunun üzvləri seçiciləri xoşbəxt gələcəyimizin qarantı olan İlham Əliyevə səs verməyə dəvət ediblər.

Qeyd edək ki, həmin gün Şərur rayonunun Qarxun və Zeyvə kəndlərində də seçicilərlə görüşlər keçirilib.