YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın firavanlığı naminə

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də qazilər Emil Babayev və Elvin Babayevin ailəsi ziyarət edilib.

Görüşdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə etdiyi uğurlardan, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunmuş böyük Qələbənin əhəmiyyətindən, yeni mərhələdə aparılan məqsədyönlü siyasət, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərindən bəhs edib.

Qazilər və onların ailə üzvləri cənab İlham Əliyevin müstəqil Azərbaycanın firavanlığı naminə apardığı siyasətə dəstək ifadə edərək 7 fevral seçkilərində qalib Liderimizə səs verəcəklərini vurğulayıblar.