YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gələyimiz üçün Zəfərlərin memarı İlham Əliyevə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Yasamal rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, təşviqat qrupunun üzvləri Zamiq Əliyev, Fuad Məmmədov, Zahid Cəfərov, Həbib Mirzəyev, Şikar Qasımov və Rəna Mirzəzadə çıxış ediblər.

Natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir. Qazanılan nailiyyətlərin zirvəsi, heç şübhəsiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasıdır.

Natiqlər seçiciləri 7 fevral tarixində seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə dəvət ediblər. 

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirilib.