YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən layiqli namizəd

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində məskunlaşmış Qubadlı rayonundan olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Savalan İmanov, Rəhminə Mehtiyeva, Allahverən Allahverdiyev, Gözəl Abdullayeva, Yeganə İmanova və digərləri çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazilərində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkiləri kimi dəyərləndirilir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan ən layiqli namizəd İlham Əliyevə səs verəcəklərini bildiriblər.