YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzluların seçimi qalib Lider İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Tovuz rayonunun Bozalqanlı kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri İlqar Kərimov, Qasım Hüseynov, Rauf Rüstəmov, Arif Əsgərov və Abbas Abdullayev çıxış  ediblər.

Natiqlər əminliklə qeyd ediblər ki, ilk dəfə bütöv Azərbaycan ərazilərini əhatə edəcək Zəfər seçkilərinin qalibi cənab İlham Əliyev olacaq.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri rayonunDüz Cırdaxan, Aşağı Quşçu, Düz Qırıqlı, İbrahimhacılı və Dönük Qırıqlı kəndlərində seçicilərlə fərdi görüşlər də keçiriblər.

DİGƏR Xəbərlər Arxiv