YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Xalq Müzəffər Liderinin möhtəşəm Qələbəsini qeyd edir!

Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin inamlı qələbəsi Bakı şəhərində və regionlarda vətəndaşlar tərəfindən böyük coşğu ilə qeyd edilir.  

Prezident seçkilərinin başa çatmasından sonra Dənizkənarı Milli Parkda Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirilir. Yürüşdə minlərlə vətəndaş iştirak edir. Tədbirə qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Azərbaycanın Xalq və Əməkdar artistləri qatılıblar. Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir.

Prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi bütün ölkə ərazisində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bayram əhvali-ruhiyyəsində qeyd edilir. Bu münasibətlə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında avtoyürüşlər təşkil edilir, minlərlə sakin küçə və prospektlərdə üçrəngli bayraqlarla qələbə şüarları səsləndirirlər.

Gəncə şəhərində də İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur. Şəhər sakinləri avtomobillərlə yürüş edərək, küçələrdə Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.

Bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində də sakinlər prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qeyd edirlər. 30 ildən sonra doğma yurdlarında məskunlaşan Füzuli sakinləri Zəfər qazanılan torpaqlarda Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.

30 ildən sonra ilk dəfə Qarabağda prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin inamlı qələbəsi münasibətilə Şuşa şəhərində isə avtomobillərin yürüşü və atəşfəşanlıq olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.

Axşam saatlarında paytaxt sakinləri, sənətçilər, ziyalılar və digərləri sevinc hisslərini paylaşmaq üçün Heydər Əliyev Mərkəzinin parkına toplaşıblar.

DİGƏR Xəbərlər Arxiv