YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamil Ayrım: Azərbaycanda seçkilər tam şəffaf keçirilib

Azərbaycan xalqı 7 il onları idarə edəcək prezidenti seçmək üçün seçkilərə getdi. Azərbaycan xalqı ilk dəfə ölkənin bütün ərazisində səs verdi.

Bu sözləri Türkiyə parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında çıxış edən nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, böyük əksəriyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verib. Bununla da ölkədə bundan sonra həyata keçiriləcək vacib işlərin qarşısı açılıb.

Ş.Ayrım, həmçinin vurğulayıb: “Azərbaycan 30 ildir müstəqil siyasət yürüdür. Azərbaycanda seçkilər tam şəffaf keçirilib. Biz həmişə Azərbaycanın yanında olacağıq. İlham Əliyev Azərbaycan xalqından aldığı dəstəklə ölkəni daha da inkişaf etdirəcək”.