YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Odiljon İminov: Müşahidələrimiz zamanı seçki qanunvericiliyinə zidd hər hansı hal aşkarlamadıq

Fevralın 8-də Özbəkistan parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı təşkil edib.

Tədbirdə çıxış edən Özbəkistan Senatının komitə sədri Odiljon İminov seçki prosesini müşahidə etməyin onlar üçün faydalı olduğunu bildirib.

Şuşa və Xankəndi şəhərlərində yerləşən məntəqələrdə seçki prosesini izlədiklərini deyən komitə sədri qeyd edib: “Həmin məntəqələrdə seçki prosesi vaxtında başlamışdı və qutular möhürlənmişdi. Məntəqələrdə xüsusilə ilk dəfə səs verməyə gələn gəncləri gördük. Onlar öz gələcəklərinə səs verirdilər. Məntəqələr, həmçinin veb-kamera ilə təchiz edilmişdi. Seçkiləri işıqlandırmaq üçün media nümayəndələrinə də şərait yaradılmışdı. Seçki prosesi açıq və şəffaf şəkildə keçirildi. Müşahidələrimiz zamanı seçki qanunvericiliyinə zidd hər hansı hal aşkarlamadıq.