YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TDT-nin Baş katibi: Seçkilər çox şəffaf mühitdə və qanun pozuntusu olmadan keçib

Azərbaycanda seçkilər müvafiq qayda və qanunlara uyğun olaraq təşkil edilib, şəffaf şəkildə və heç bir qanun pozuntusu aşkarlanmadan keçib.

Bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələrinə dair keçirdikləri mətbuat konfransında söyləyib.

“Seçki günü missiyamız, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olub, 22 məntəqəyə baş çəkib. Müşahidəçilərimiz Şuşa və Xankəndidə səsvermə prosesini izləyiblər. Bu, çox əlamətdar hadisədir. Həm Bakıda, həm də işğaldan azad edilmiş ərazilərdə bütün prosedurlara və səsvermənin gizliliyinə riayət olunub”, - deyə TDT rəsmisi vurğulayıb.