YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Edqars Rinkeviçs: Bizim sağlam dialoqumuzun davamlı inkişafı ölkələrimiz və xalqlarımızın uzunmüddətli maraqlarına xidmət edəcəkdir

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Əminəm ki, birgə səylərimizlə Latviya və Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etməkdə davam edəcəkdir. İnanıram ki, bizim sağlam dialoqumuzun davamlı inkişafı ölkələrimiz və xalqlarımızın uzunmüddətli maraqlarına xidmət edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, enerji və ali dövləti vəzifənizin icrasında uğurlar, həmçinin ölkənizə və onun xalqına sülh və firavanlıq arzulayıram.