YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın rifahı və tərəqqisi naminə

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Fevralın 7-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində son 20 ildə verilən hər bir vədin reallıqda öz əksini tapdığını əsaslı şəkildə qeyd edərək qarşıdakı yeni dövrün hədəflərini açıqladı.

2003-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin həlli üçün əlindən gələni etdi. Ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı dinamik bir inkişaf yolu keçmiş, Azərbaycan dövləti regionun aparıcı dövlətinə çevrilmiş və bütün sahələrdə müstəqilliyini gücləndirmişdir. Azərbaycan öz iqtisadiyyatını tamamilə yeni güclü rəqabət qabiliyyətli əsaslar üzərində formalaşdırmış, regionun mühüm enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də maliyyə donoru kimi çıxış etmişdir. Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. Elə ən yaxın tarixdə baş verən ikinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq. Ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verildikdən qısa zaman sonra ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər edildi və “Qarabağ Azərbaycandır!” şüarı dillər əzbəri oldu”. Bu qələbənin təminatı olan güclü iqtisadiyyatın əsası hələ illər əvvəl Heydər Əliyev tərəfindən qoyuldu. Daha sonra bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü dövləti səviyyəsinə yüksəltdi. Güclü iqtisadiyyat bu gün Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısıdır. Ölkəmiz regionda bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru qərarlar hesabına atılan addımlarla inkişafı deməkdir. Bu siyasəti aparan isə Azərbaycan Prezidenti İlham Əliyevdir.

Cənab İlham Əliyev 20 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı tərəfdaş, sözünə və vədinə sadiq lider, ən arzuolunan dövlət başçısı, qlobal miqyaslı layihələrin müəllifi və Müzəffər Ali Baş Komandan kimi tanıtmağa müvəffəq oldu.  

Prezident İlham Əliyev XXI əsrin liderlik statusuna yüksələn, xalqın tam etimadını qazanan, xalqla dövlət arasında vahid birliyi təmin edən, “Dəmir yumruğu” düşmənin başı üzərində əzəmətlə dayanan və qalib ölkənin Ali Baş Komandanı, müzəffər ordunun məğlubedilməz sərkərdəsi kimi hazırda ozünün liderlik və siyasi fəaliyyətinin ən yetkin səviyyəsindədir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev bundan sonra da uzun illər ərzində Azərbaycan xalqının rifahı və tərəqqisi naminə dövlətçiliyimizin gücləndirilməsi proseslərinə uğurla rəhbərlik edəcək və ölkəmizin sosial-iqtisadi inkişafını daha yüksək səviyyəyə qaldıracaqdır.