YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Növbədənkənar Prezident seçkiləri ölkəmizin həyatında olduqca mühüm əhəmiyyət kəsb etməklə yanaşı, çox yüksək ab-havada, tam açıq, şəffaf şəraitdə keçirildi. Xalqın birliyi, seçki fəallığının yüksək olması mühüm önəm kəsb edir. Bunun da başlıca səbəbi Ali Baş Komandan İlham Əliyev və Ordumuzun Qarabağda 30 illik işğala son qoyması, torpaqlarımızın azad olunmasıdır. Bu, bizim yaxın-uzaq tariximizdə oxşarı olmayan qələbə idi.

Fevralın 7-i müasir Azərbaycan tarixinə yeni əlamətdar gün kimi düşdü. Həmin gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Növbədənkənar prezident seçkisi xalq, millət, dövlət birliyinin təcəssümü kimi Azərbaycan xalqının tarixinə düşdü. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan xalqı bu seçkiyə bir daha dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi. Seçki həm də cəmiyyət daxilində milli birliyin, siyasi etikanın təcəssümü kimi də yadda qaldı. Nəticələr elan olunduqdan sonra prosesə qatılan namizədlərin əksəriyyəti siyasi mədəniyyət nümayiş etdirərək, qalib namizədi təbrik etdilər. Eyni mövqeni prosesdə iştirak etməyən ölkənin əksər siyasi partiyalarıda nümayiş etdirdilər.

Zəfər seçkiləri adlandırılan bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazisində, o cümlədən işğaldan azad edilən ərazilərdə də keçirildi. Hesab edirəm ki, seçki günü ən əlamətdar hadisə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi oldu. Bu, sıravi bir hadisə deyildi. Prezidentin Xankəndində səs verməsi “erməni separatçılarının tabutuna vurulan son mismar” idi. Prezident o binada səs verməklə həm Ermənistana, həm də onun xarici havadarlarına mesaj vermiş oldu – Bu torpaqların gerçək sahibləri bizlərik və bu dünya durduqca belə olacaq.

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Prezident İlham Əliyev andiçmə mərasimində gələcəkdə görüləcək işlər, həyata keçiriləcək siyasətlə bağlı geniş məzmunlu nitq söylədi. Ölkə başçısının çıxışındakı bəzi məqamları xüsusi qeyd etmək lazımdır. Cənab Prezident bildirdi ki, “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur”.