YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq gələcək uğurlarına səs verdi

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan Respublikasının son 20 ildə qazandığı nailiyyətlərdə Prezident İlham Əliyevin böyuk, əvəzolunmaz və misilsiz xidmətləri vardır. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiq olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində və igid oğullarımızın şücaəti ilə 44 günlük Vətən mühəribəsində xalqımız tarixi Zəfər qazandı. Artıq Beynəlxalq aləmdə Azərbaycan Respublikası haqqında qalib dövlət imici formalaşmışdır. Müstəqillik qazandıqdan sonra ilk dəfə məhz 7 fevral 2024-cü ildə bütün suveren ərazilərimizdə gerçəkləşən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri çağdaş tariximizə Zəfər Seçkiləri kimi daxil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əzəmətli xidmətlərini çox yüksək qiymətləndirən qədirbilən soydaşlarımız növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində öz Qalib Liderini demək olar ki, yekdilliklə dəstəklədilər. Xalqımız 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində fəal iştirak edərək öz Qalib Liderinə və özünün gələcək qələbələrinin memarına səs verdi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cu il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək 44 günlük Vətən müharibəsinin qalibi, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etdi. Qalib Liderimiz əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!” Daha sonra möhtərəm Cənab İlham Əliyev müqəddəs “Qurani -Şərif”ə əl basaraq and içdi: “Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıda müxtəlif istiqamətlər üzrə görüləcək işlərlə bağlı müfəssəl məlumat verdi. Dövlət başçımız ilk növbədə ilbəil artan qaz ixracı məsələsinə toxunaraq bildirdi ki, Azərbaycan artıq səkkiz ölkəyə təbii qaz ixrac edir. Azərbaycan Respublikası Avropanın mühüm enerji təchizatçısına çevrilməkdədir. Gələcəkdə ölkəmizin ixrac cöğrafiyası daha da genişlənəcək və nəqliyyat sahəsindəki işlərimiz də uğurla davam etdiriləcək. Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, vaxtilə bütün lazımi infrastruktur layihələr ölkəmiz tərəfindən icra edilmişdir.

Ölkəmizin prioritetləri haqqında məlumat verən dövlət başçımız qeyd etdi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Bu kimi amillər ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsini də şərtləndirir. “Müasir reallıqda bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir” – söyləyən möhtərəm prezidentimiz həmçinin qeyd etdi ki, “İslam Əməkdaşlıq Təşkilatı ilə də fəal əməkdaşlığımız davam edir. İslam Əməkdaşlıq Təşkilatı həmişə-həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Azərbaycanın yanında olub”.

Həm Azərbaycan Respublikası vətəndaşları, həm də bütün dünya azərbaycanlıları tam əmindirlər ki, dövlətimiz və xalqımız öz Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə hələ neçə-neçə uğurlara, qələbələrə, nailiyyətlərə imza atacaq.