YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının yaranmasının 31 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir keçirilib

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək fevralın 7-də keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan İlham Əliyevin 92,12 faiz səs toplayaraq yenidən ölkə Prezidenti seçilməsi münasibətilə partiya üzvlərini təbrik edib.

Təşkilatın 31 illik fəaliyyətindən danışan M.Nağıyev Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərini diqqətə çatdıraraq bildirib ki, Ulu Öndər Heydər Əliyev ali siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirib. Onun dövlətçilik ideyaları ilə silahlanmış müstəqil Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt sabahlara doğru uğurla addımlamaqdadır. Təşkilat sədri Qarabağ Zəfərinin böyük siyasi xəttin layiqli nəticəsi olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova, “91-lər”dən Novruz Quliyev və Hacan Hacıyev, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova diqqətə çatdırıblar ki, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf etməkdədir.

Sonda 7 fevral prezident seçkilərində fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə, YAP sıralarına qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.