YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İyulda BTC kəməri ilə 2,6 milyon tondan çox Azərbaycan nefti nəql edilib

İyulda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 614 min 50 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında BTC ilə 16 milyon 859 min 504 ton neft ötürülüb. Ümumiyyətlə, BTC istifadəyə verilən gündən cari il avqustun 1-ə kimi bu kəmərə 280 milyon 684 min 200 ton neft vurulub.

Ötən ay BTC ilə 378 min 753 ton Qazaxıstan və Türkmənistan nefti də nəql edilib.

 

DİGƏR Xəbərlər Arxiv