YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrdə yeni zəfərlərə doğru

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatında “Qalib Xalq Qalib Liderini seçdi: Yeni dövrün yeni çağırışları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə partiya üzvlərini təbrik edib. Biləsuvar rayonu üzrə seçki dairələrində seçici fəallığının yüksək olduğunu diqqətə çatdıraraq, rayon sakinlərinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verdiyini vurğulayıb.

Rayon təşkilatının sədri və digər çıxış edənlər yeni dövrdə Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin yeni zəfərlər qazanacağına əminlik ifadə ediblər.

Sonra bir qrup partiya fəalına təşəkkürnamə təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.