YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrimizin inkişafında yeni mərhələnin başlanması inkaredilməzdir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

“Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir.” Dövlət başçısı İlham Əliyev bu fikirləri seçkilərdə qələbəsindən sonra Türkiyəyə etdiyi rəsmi səfəri çərçivəsində mətbuata bəyanatında bildirdi. Cənab İlham Əliyev onu da xüsusi qeyd etdi ki, hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyir. Prezident Rəcəb Tayyib Ərdoğanın  səyləri nəticəsində Türkiyə  yeni zirvələri fəth edir.

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda ümumilikdə türk dünyasının birliyi özünün aydın mənzərəsini yaradır. Sıx tellərlə bağlı olan bu əlaqələr zamanın sınaqlarından şərəflə çıxaraq bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixi Zəfərimizdən sonra əlaqələrimizin inkişafında yeni mərhələnin başlanması inkaredilməzdir. Dostluğumuzun, qardaşlığımızın, müttəfiqliyimizin rəsmiləşdirilməsi, Şuşa Bəyannaməsinin imzalanması gələcək inkişaf üçün yol xəritəsi oldu.  Rəcəb Tayyib Ərdoğan belə bir əminliyi ifadə etdi ki, qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Hər bir səfər günün aktual məsələləri ətrafında fikir mübadiləsinin aparılması ilə yanaşı, əlaqələrin gələcək inkişafı üçün hüquqi baza rolunu oynayan sənədlərin imzalanması ilə də yadda qalır. Dövlət başçısı İlham Əliyevin Türkiyəyə budəfəki səfəri çərçivəsində imzalanan sənədlərdən biri də “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”dir. Qeyd edildi ki, ikitərəfli ticarət dövriyyəsi  bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırıldı. Hədəfimiz 15 milyard dollardır. May ayında Ankarada keçiriləcək birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək. Həmçinin “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” də hədəflərimizə çatmağımıza töhfə olacaq.

İmzalanan sənədlər iki qardaş ölkənin əlaqələrinin gələcəyi barədə aydın təsəəvvür yaratdı. Azərbaycan-Türkiyə Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu da xüsusi əhəmiyyətə malikdir. Bu, ölkələrimiz arasında təcrübə mübadiləsinə öz töhfəsini verəcək.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələrimiz ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə çox fəal dövrünü yaşayır.

Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə atdığı addımlar bölgəyə sülh, əmin-amanlıq, rifah gətirir. Harada Azərbaycan və Türkiyə varsa, orada qardaşlıq, dostluq və inkişaf var. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan və Türkiyə bütün məsələlərin bu prinsiplər əsasında həllinə çalışır. Azərbaycan və Türkiyənin müştərək maraqları ondan ibarətdir ki, bölgədə sülh, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün Ermənistana sülh təklifi etməsi də bunun təsdiqidir. Lakin o zamandan üç ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan konkret addım atmaq barədə düşünmür. Təbii ki, havadarlarının göstərişi işğalçı dövlətin tərəddüdlər içərisində qalmasını şərtləndirir. Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bir daha diqqəti bu məsələyə yönəldərək belə bir çağırışı etdi ki, üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bir yerdəyik, bir nöqtəyə vururuq, öz gücümüzə güc qatırıq.

Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi günümüzün əsas çağırışlarındandır. Bu birlik qarşıya qoyulan vəzifələri birgə həyata keçirməyə stimul verir. Dövlət başçısı İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində də bu kimi hədəfləri açıqladı. Hər bir hədəf gələcək inkişaf deməkdir. Azərbaycan-Türkiyə birliyinin günbəgün möhkəmləndirilməsi türk dünyasının həmrəyliyində əhəmiyyətli rola malikdir. Bu rol gündən-günə daha da artır. Cənab İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.  Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bu ilin iyul ayında Şuşada keçiriləcək. Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin müşahidəçi statusunda iştirakı ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

DİGƏR Xəbərlər Arxiv