YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə birliyi: Sülhün, təhlükəsizliyin qarantı

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin seçkilərdən sonra fevralın 19-da Türkiyəyə rəsmi səfəri dünyaya nümunə olan iki ölkənin qardaşlığının növbəti təqdimatı oldu.  Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu mühüm məqam daim vurğulanır ki, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Rəcəb Tayyib Ərdoğanın  liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz.  Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

Cənab İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bir daha diqqəti Türkiyənin cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə uğurlu inkişafına yönəltdi. Qeyd etdi ki, təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.

Səfər çərçivəsində müzakirə olunan məsələlər birliyimizə, həmrəyliyimizə bir daha işıq saldı. Bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin miqyasının daha da genişlənməsi möhkəm təmələ əsaslanır. Uğurların təməlində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı, dünyaya nümunə olması dayanır. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər də bütün məqamları özündə ehtiva etdi. Azərbaycanın enerji və nəqliyyat sahəsində malik olduğu imkanlar, həmçinin iki ölkənin iştirakı ilə reallaşan layihələr barədə geniş bəhs edildi. Həyata keçirilən layihələr növbəti layihələrə stimul verir. Hazırkı dövrün əsas çağırışlarından biri enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanın və Türkiyənin birgə həyata keçirdikləri layihələr əməkdaşlığın coğrafiyasının genişləndirilməsində öz sözünü deyir. Hərbi sahədə əməkdaşlıq da yüksək səviyyədədir. “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub” söyləyən dövlət başçısı bildirdi ki, Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi. Artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Bu gün müdafiə sənayesi sahəsində də yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlarımız var.

Keçilən yolun, qazanılan uğurların təhlili fonunda böyük qürur hissi ilə qeyd edirik ki, Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımlayıb və bundan sonra da addımlayacaq. Hər bir səfər yeni  hədəflərin icrası istiqamətində görülən işlərin və gələcəkdə atılacaq addımların təhlilinə geniş imkanlar yaradır.

Səfər zamanı Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi  məsələsi də diqqətdə oldu. O da bildirildi ki, Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

Prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında müzakirə olunanan məsələlərdən də göründü kimi, iki qardaş ölkənin ikitərəfli əlaqələrinin gündəliyi zəngindir. Bütün məsələrdə fikir birliyi var. Bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, yaxındır. Bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düzgün istiqamətə yönəldirik. Müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Qardaş Türkiyənin Azərbaycana göstərdiyi dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir. Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.

DİGƏR Xəbərlər Arxiv