YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya ermənilərin vəhşiliyini bilməlidir

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Xocalı soyqırımını unutmadıq və unutmayacğıq. Bu il Xocalı faciəsinin törədilməsinin 32 -ci ili tamam oldu. Xocalı faciəsi son 200 ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların ən ağır faciəsi idi. Ermənilər bir gecə ətrzində 613 nəfəri vəhşicəsinə qətlə yetirmişdir. Soyqırıma məruz qalmış azərbaycanlılar arasında qadınlar, qocalar və uşaqlar da olmuşdur. O cümlədən 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi bu gün də naməlum olaraq qalmaqdadır. Ermənilər azərbaycanlılara qarşı olan nifrətini qətlə yetirilmiş meyitlərə işgəncələr verməklə nümayiş etdirmişdir. Bəşər tarixində soyqırımlar çox olmuşdur. Amma ölləri təhqir etmək və işgəncələrə məruz saxlamaq kimi bir alçaqlığı ancaq ermənilər tərəfindən edilmişdir. Ermənilər tarixən azərbaycanlılara qarşı düşmənçiliyi öz içində gəzdiriblər. Hətta sovetlər dövründə birgə yaşadığımız vaxtda biz erməniləri özümüzə qardaş hesab etdiyimiz zaman ermənilər isə İrevanın mərkəzində ucaldılmış saxta soyqırım abidəsinə uşaqları aparıb qulağından tutrtraq onların düşməni türk olduğunu deyirdi. Biz isə dostluqdan, qardaşlıqdan danışırdıq. Ermənilər öz çirkin niyyətlərini üzə çıxartmaq üçün sadəcə fürsət axtarırdılar. Belə bir fürsəti də 80-cı illərin sonunda 90-cı illərin əvvəlində əldə etdilər. Hətta 366-cı motoatıcı alayın dəstəyi ilə Qarabağda soyqırımılar törətməyə başladılar. Ən böyük faciə isə Xocalıda törədilən soyqırımdır. Bütün dünya ermənilərin vəhşiliyini bilməlidir. Biz çalışmalıyıq ki, erməninin əsil xislətini dünyaya çatdıraq. Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən Xocalıya ədalət kampaniyası dünyanın müxtəlif ölkələrində bu faciəni tanıtmağımıza imkan vermişdir. Belə ki, ABŞ-ın 30 ştatında və dünyanın bir çox ölkələrinin parlamentlərində Xocalı soyqırımı ilə bağlı sənədlər qəbul olunmuşdur. Amma bu kampaniya davam etdirməli və bütün dünyaya Xocalı soyqırımının baiskarlarını tanıtmalıyılq. Çünki, Xocalı soyqırımı müasir dünyada baş vermiş hərbi cinayətdir. Bu cinayət hadisəsi video və foto faktlarla qeydə alınmışdır. Əlimizdəki faktlar ermənilərin vəhşi və cinayətkar obrazını dünyada tanıtmağımız üçün əlimizdə əsil vasitələrdir. Çünki o faktlara baxan heç kim o faciəyə öz münasibətini bildirmədən üzərindən sakitcə ötüb keçə bilməz. Bu gün Azərbaycan dövləti qalibdir. 3,5 il əvvəl Ali Baş Komandanın rəhbərliyi altılnda Müzəffər Ordumuz yeni bir tarix yazdı. Bu yeni tarix erməni faşizmini məhv edilərək torpaqlarımızı işğaldan azad edilməklə şanlı səhifəmiz oldu. 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal xaraterli antiterror tədbirlərimizlə Qarabağda yuva salmış erməni separatizminin kökünü kəsməklə xalqımız ərazilərimizi erməni faşistlərdən təmizlənmiş oldu. 15 oktyabrda Prezident İlham Əliyev Xocalıda dövlət bayrağımızı dalğalandırmaqla Xocalı soyqırımı şəhidlərinin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanın bütün ərazilərində suverənlik təmin etmişdir. Xocalıda və digər ərazilərdə ermənilərin vəhşiliklə qətliamlar törədilərək basdırdıqları kütləvi məzarlıqlar aşkarlanır. Bu kütləvi məzarlıqlarda basdırılmış azərbaycanlıların əlləri, ayaqları bağlı olduğunu və küt alətlərlə işgəncələr verilərək qətlə yetirildiklərini müşahidə edirik. Bütün bunlar erməni vəhşilklərinin iç üzünün əyani şəkildə açır. Amma bu faciələri törədən cəlladlar hələ də azadlıqdadırlar. Biz çalışmalıyıq ki, Xocalı soyqırımın səbənbkarlarını beynəlxalq məhkəmələri qarşısına çıxardaq. Çalışmalıyıq ki, onlar törətdikləri əməllərinə görə layiqli cəzalarını alsınılar. Bunun üçün kifayət qədər materiallarımız var və bu faktlara əsasən beynəlxalq məhlkəmələrə müraciət edilərək cinayətkarların öz cəzalarını alacağına inanıram. Bu gün Xocalı işğaldan azad olunub və separatçılardan təmizlənməsinə baxmayaraq xalqımız Xocalı faciəsini böyük ürək ağrısı ilə qeyd edir. Biz xalqımıza qarşı törədilmiş faciələri heç vaxt unutmamalıyıq. Azərbaycan dövləti durduqca xalqımız qələbə günlərimizlə yanaşı soyqırım tarixlərini də qeyd edəcəkdir. Bu bizim tariximizdir və tarixin unutması yeni faciələrin baş verməsinə yol açacaq. Ona görə də düşmənlərin bizə qarşı törətdiyi cinayətləri tarximizdə yaşatmaq və gələcək nəsillərə ötürülməsi hər birimizin borcudur.