YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Ağstafa rayonunda Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, partiya fəalları Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, faciə qurbanlarının, o cümlədən Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.