YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımının dəhşətləri heç zaman unudulmayacaq!

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Xocalı faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirib. O vurğulayıb ki, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. İllər sonra 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Sonra Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” bədii filmi nümayiş etdirilib.

Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Məmməd Səfa çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışıb.

O, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliamın xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini, gələcək nəsillərin Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacağını, bu soyqırımını həyata keçirənlərin gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlarını deyib.