YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Təftiş Komissiyasının iclası keçirilib

Fevralın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda 2023-cü ilin ikinci yarımilliyi ərzində partiyanın Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Goranboy, Xocavənd, Beyləqan, Tərtər, Cəbrayıl, Laçın, Lerik, Zərdab, İmişli, Saatlı və Sabirabad təşkilatları aparatlarında aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları və cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

DİGƏR Partiya xəbərləri Arxiv