YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə kitabxanada Xocalı soyqırımına həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən “H.Cavid pr.129” (AMEA Mərkəzi Elmi Kitabxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Məmməd Əliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Nəmzəyev, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Nuru Məmmədov, Xocalı sakini Mürvət Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamusayeva Xocalı soyqırımının Ermənistanın işğalçılıq siyasəti nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən cinayətlərin ən dəhşətlisi olduğunu deyiblər. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən soyqırımı zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və şanlı Ordumuzun əzmi sayəsində 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin də qisası alınıb. Bu gün Xocalı şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağı qürurla dalğalanır.

DİGƏR Xəbərlər Arxiv