YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiyamızın böyük ənənələri var

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilən 5 mart 2021-ci il  tarixdə keçirilən VII qurultaydan dörd il ötür. Hər günü zəngin tarixinə uğur səhifəsi kimi yazan YAP-ın ötən dörd ildə yeni Nizamnaməyə və Proqrama uyğun atdığı addımlar, həyata keçirdiyi tədbirlər bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Qurultayın keçirilməsini zəruri edən əsas amil tarixi Zəfərimizin yaratdığı reallıqlar, partiyanın Proqramında əksini tapan hədəflərin hər birinə yüksək səviyyədə nail olması idi. Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri ərazi bütövlüyümüzün təmin olunması, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, soydaşlarımızın öz doğma-yurd yuvalarına qayıtmaları idi. Bu hədəf dahi şəxsiyyətin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Proqramında da öz əksini tapmışdır.
Partiyanın yaranma zərurətini nəzərə alsaq bu qeyd edilən hədəfə nail olmaq üçün vacib olan addımların aydın mənzərəsini təqdim edə bilərik. Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında söylədiyi “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş-1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın” fikirlərlə YAP-ın ölkəmizin həyatında rolunu bir daha təqdim etdi. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.
Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.
Qurultayda qəbul edilən önəmli qərarlardan biri də 6 siyasi partiyanın öz müraciətləri əsasında Yeni Azərbaycan Partiyasına qoşulması oldu.  Bu mühüm addım  ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin inkişafına xidmət edən mühüm addımlar sırasındadır. Atılan bu kimi addımlar Yeni Azərbaycan Partiyasının xalqın partiyası olduğunu bir daha təsdiqləyir. Sıralarında bütün təbəqədən olan insanları birləşdirən, onların  arzu və istəklərini reallığa çevirən YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb.  Partiya daim ölkəmizdə siyasi dialoq mühitinin daha da möhkəmlənməsinə səy göstərib. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirilir və bu islahatlar nəticəsində ölkəmizin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlandı. 44 günlük  İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə  50-dən artıq siyasi partiyanın  Prezident İlham Əliyevə dəstəyini birgə qəbul etdikləri bəyanatda ifadə etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bu, siyasi partiyalar arasında birliyin, həmrəyliyin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev daim bu çağırışı etdirdi ki, nə qədər siyasi partiya olur-olsun bir amal, məqsəd uğrunda mübarizə aparmalı və birlik nümayiş etdirməlidirlər. Bu, müstəqilliyimizin, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsidir. 50-dən artıq siyasi partiyanın Vətən müharibəsi zamanı atdığı addım  Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”. Partiyanın VII qurultayında atılan bu mühüm addım belə bir qənaəti səsləndirməyə əsas verir ki, YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir.
Qurultayda partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, yeni Proqramın 3 ay müddətində hazırlanması ilə bağlı İdarə Heyətinə verilən tapşırıq hər bir partiya üzvünün vəzifələrini müəyyənləşdirir. Yeni tərkibin formalaşması, yeni qərarların qəbulu qarşıdakı dövrdə də bütün qüvvə və bacarıqların səfərbər olmasına çağırışlar etdi. 2021-ci ilin dekabrında “Biz birlikdə güclüyük!” devizi altında 5 fəsildən ibarət yeni Proqram təsdiqləndi. Təbii ki, əsas hədəflərdən biri Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək olmaqdır.
Ümumilikdə VII qurultay partiyanın  gələcək fəaliyyətinin konturlarını müəyyənləşdirdi.  Tarixi Zəfərimizin reallıqları fonunda yaşanan bu əlamətdar hadisə Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatında rolunun aydın ifadəsi oldu.  Dünənin, bu günün və gələcəyin partiyası olan YAP fəaliyyətə başladığı gündən dövlətə, xalqa xidmət nümunəsini nümayiş etdiririr.
Prezidenti İlham Əliyev çıxışı zamanı Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu vurğulayaraq bildirdi ki, bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur: “Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
Bəli, bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. 32 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayında çıxışı zamanı bildirmişdir ki, YAP-nın VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunubb: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".
Bəli, Ali Baş Komandan nəyi edirsə, dəqiqliklə edir. 2023-cü il, 15 oktyabr tarixində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Dövlətimizin başçısı gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə bu mərasimində bildirdi ki, bu mərasim ona görə tarixi əhəmiyyət var idi ki, bu dəfə ölkə prezidenti bütün ölkə ərazisində keçirilən seçkilər nəticəsində seçilmişdi: “Bu, da “Sözümüz imzamızdır” deyən Prezident İlham Əliyevin verdiyi sözə əməl etməsinin nəticəsində baş verirdi. 2018-ci ildə andiçmə mərasimində Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. İki ildən sonra Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi. Fevralın 7-də müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirildi. Ən əsas məqam isə, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkiləri günü ən əlamətdar hadisə isə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi “erməni separatçılarının tabutuna vurulan son mismar” idi. Prezident o binada səs verməklə həm Ermənistana, həm də onun xarici havadarlarına mesaj vermiş oldu – Bu torpaqların gerçək sahibləri bizlərik və bu dünya durduqca belə olacaq.
Bir sözlə, bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

DİGƏR Xəbərlər Arxiv