YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülh prosesinə sadiqdir

Rövşən Əhmədov

 YAP Ağcabədi rayon təşkilatının sədri.

Cari ilin 28 fevral tarixində ölkə Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Cənab Prezident görüş zamanı çıxışında  bir sıra aktual məsələlərə toxunmuş, müəyyən açıqlamalar vermişdir.

“Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir” – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin öz suverenliyi və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Ölkəmiz heç də öz ərazisini və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.

Dövlət başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi bir hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib.

Bu münasibətin bölgədə sülhə böyük təhdid olduğunu vurğulayan cənab Prezident ümumiyyətlə, son həftələrdə Azərbaycan Qərbdən ardıcıl olaraq, Ermənistanla bağlı xəbərdarlıq alır. Sonuncu belə xəbərdarlıq ötən həftə Avropa Parlamentindən gəlib: əgər Azərbaycan Ermənistana hücum edərsə, ona qarşı sanksiyalar tətbiq edilməlidir, avropalı deputatlar bildiriblər. Halbuki Azərbaycanın belə fikri yoxdur.

Torpaqlarımızı işğal altında saxlayan Ermənistan 30 il müddətində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı, Xocalı soyqırımını törətdi. İndi Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalır.

Cənab Prezident həmçinin vurğuladı ki, Qərbin Azərbaycana münasibətdə sərgilədiyi davranışlar vaxtilə guya münaqişənin həllinə təşəbbüs göstərən dövlətlərin, əslində, ölkəmizə qarşı nə qədər qeyri-obyektiv mövqe tutduqlarını, illərlə onlara göstərilmiş ümidlərin hədər getdiyini, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbdən başqa yolunun qalmadığını bir daha sübuta yetirir. Vaxtilə, ATƏT-in Minsk qrupunda təmsil olunmuş Fransa, ABŞ və Rusiya Azərbaycanı öz yolundan döndərmək üçün illərlə müxtəlif alətlərdən istifadə etmişdilər.

Bununla yanaşı, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Ona görə də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırlayıb və sülh müqaviləsinin mətninin layihəsini təqdim edib.

Bu gün ölkəmiz dayanıqlı inkişafa, möhkəm ictimai siyasi sabitliyə malik olan dövlətdir. Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı tərəfdir. Ölkəmiz haqqın, ədalətin, sülhün tərəfdarıdır. Azərbaycan dövləti  hər zaman danışıq proseslərinə hazırdır,  sülh proseslərinə sadiqdir.

DİGƏR Xəbərlər Arxiv