YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası dayanan Azərbaycan dövləti məhz Ulu Öndər siyasi kursunun uğurlu davamı sayəsində inkişafa və tərəqqiyə nail olub. Məhz İlham Əliyevin liderlik xüsusiyyətləri nəticəsində Azərbaycan xalqın iradəsinə əsaslanan, müstəqil siyasət aparan, müstəqillik yolundan dönməyən, suveren, Avropa ilə Asiyanı təkcə coğrafi cəhətdən deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi nəzərdən birləşdirən bir dövlətdir.

Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı ölkəmizdə sistemli islahatların davamı ilə bağlı mühüm fikirlər səsləndirib və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməyin vacibliyini əsaslandırıb. 

Dövlətimizin başçısı VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbinin  islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olduğunu bildirib: "Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir."

Ölkə rəhbəri çıxışında bəzi yerli icra orqanlarında müşahidə olunan neqativ hallara da diqqət çəkib və belə hallara qarşı barışmaz olacağını bəyan edib: "...biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır."

Dövlətimizin başçısı ölkədə gedən islahatların dərinləşməsi ilə əlaqədar parlamentdə də belə proseslərin başlamasını qanunauyğun sayıb və hesab edib ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıdığından bu gün kadr islahatları aparılır, yeni, müasir və mütərəqqqi düşüncəli, işgüzar kadrlar rəhbər vəzivələrə irəli çəkilir, onların qarşısında konkret vəzifələr qoyulur. Bu islahatlar həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılır.

Prezident İlham Əliyev deputatların seçildikləri dairələrdə fəal olmalarını və seçicilərlə daim təmasda olmalarını vacib sayıb və xüsusi vurğulayıb ki, yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur. Hökumət və parlament üzvləri xalqla nə qədər sıx təmasda olsalar, bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq.

Elə ölkəmizi son onilliklərdə ən böyük nailiyyətlərinə yetirən, tarixin ən güclü Azərbaycanını yaradan əsas amil də hər bir addımın yerində, öz vaxtında-vədəsində atılması və inkişaf proseslərinin ardıcıllığının təmin olunmasıdır. Məhz bunun sayəsində respublikamız son on illərdə əsrlərin sosial-iqtisadi uğurlarını qazanıb. Dünyanın inkişaf mərkəzlərindən birinə çevrilib.