YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi sistemin gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu gün hansı sahəyə diqqət yetirsək tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda yeniləşməni, təkmilləşməni görərik. Məhz bu baxımdan Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi mövqeyini daim qoruyur. Dövlət başçısı İlham Əliyev islahatların labüd olduğunu bildirir. Dövrün, zamanın dəyişməsi öz növbəsində qarşıya yeni vəzifələri qoyur.

Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında demokratikləşmə prosesinin sadəcə bir şüar, niyyət olmadığını, Azərbaycanın hərtərəfli inkişafının əsası kimi qeyd edir. “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir” söyləyən dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki,
uğurla başlayan siyasi dialoq siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.

Təbii ki, bu uğurları şərtləndirən əsas amil dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitliyin, qanunun aliliyinin təmin olunması dayanır. 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişafının növbəti nümayişi oldu. İslahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması üçün atılan bu addım parlamentin qarşısında yeni vəzifələr qoydu. Cənab İlham Əliyev altıncı çağırış Milli Məclisin 10 mart 2020-ci il tarixdə keçirilən ilk iclasında bu vəzifələri açıqladı.

Hər bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq mövcud ictimai-siyasi duruma, demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirir. Azərbaycan daim dünya üçün açıq, insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik ölkə kimi qeyd edilir. Ölkə Prezidenti İlham Əliyev sözügedən çıxışında “Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Artıq 27 ilə yaxındır ki, biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın” fikirləri ilə Azərbaycanın sabitlik məkanı olduğunu, insanların təhlükəsiz şəraitdə yaşayışını əsaslı şəkildə diqqətə çatdırdı. Azərbaycanın dayanıqlı inkişafında bu amillərin rolu xüsusi qeyd edildi.

Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Cənab İlham Əliyev, həmçinin bildirir ki, inkişaf etdirilən istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etməliyik: “Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam… Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.” 

Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır.  Bu reallıq da hər zaman xüsusi vurğulanır ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq. Cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan Qanunlarımıza, Milli Konstitusiyamıza da zamam-zaman əlavə və dəyişikliklər edilir. Bu da ölkəmizin yeniliklərə, təkmilləşməyə nə qədər maraqlı olduğunu göstərir. 2020-ci ildə formalaşan yeni parlament ötən dövr ərzində üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.