YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dəyişən reallıqlar yeni mütərəqqi qanunların qəbulunu zəruri edir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Demokratiyanın vacib amillərindən olan sabitliyin qorunması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına öz müsbət təsirini göstərir.  Dövlət başçısı İlham Əliyevin 10 mart 2020-ci il tarixində altıncı  çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi hədəflər sırasında  Azərbaycanın  müasir, dünyəvi dövlət kimi gücləndirilməsi əsas yer tutur. “Biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır: “Ona görə bu qanunlar doqma deyil, onlara, əlbəttə ki, baxmaq lazımdır. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları dərinləşdirməkdir. Ona görə qeyd etdiyim kimi, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunvericilik təşəbbüsləri, əlbəttə ki, lazım olacaq, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.”

Azərbaycan möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edir. Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmil islahatlar ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir, dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə öz töhfələrini verir. Hazırkı dövrdə, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Milli Məclis beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində atdığı addımları ilə də diqqətdədir. Cənab İlham Əliyev sözügedən çıxışında bu məqamı xüsusi qeyd etmişdir: “Biz informasiya dövründə yaşayırıq və saxta xəbərlər, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır və istənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Biz Azərbaycan olaraq bu şər-böhtan kampaniyaları ilə çoxdan üz-üzəyik. Bunun əsas səbəbi bizim müstəqil siyasətimizdir, heç kimin qarşısında baş əyməməyimizdir. Amma bunun fəsadları odur ki, bizə qarşı informasiya kampaniyası aparılır - qara piar kampaniyası, yalan, böhtan, uydurma, iftira üzərində qurulmuş kampaniya. Ona görə informasiya mühafizəsi ilə, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır.” 

Demokratik inkişafın əsas elementlərindən olan azad mətbuatın inkişafına yönələn addımlar  davamlılığı ilə diqqət çəkir. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu xəttin son 20   ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə  söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.  Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında  lider mövqedə dayanır. Yeni parlamentin formalaşdığı ötən dövr ərzində qəbul olunan qanunlar sırasında “Media haqqında” qanun xüsusi yer tutur. Bu da zamanın tələbi idi. 1999-cu ildə qəbul olunan «Kütləvi informasiya vasitələri” haqqında qanun əgər o dövrün reallıqlarına, tələblərinə uyğun idisə, illər keçdikcə təkmilləşməyə  ehtiyaclar yarandı. Mütəmadi olaraq digər qanunlar kimi, bu sənədə də əlavə və dəyişiklər edildi. Lakin tarixi Zəfərimizin hər bir sahənin inkişafında açdığı yeni mərhələ mətbuatda da yenilikləri şərtləndirdi. Qəbul olunan yeni “Media haqqında” qanun azad, müstəqil mətbuatımızın inkişafına öz müsbət təsirini göstərir və göstərəcək.

Demokratik təsisatların inkişaf etdirilməsi prioritetdir. Azərbaycan daim təkmilləşməyə, yeni təcrübələrin tətbiqinə xüsusi diqqət göstərir.  Cənab İlham Əliyevin 2020-ci ildə yeni formalaşan parlamentin qarşısına qoyduğu vəzifələrin uğurlu icrası, çağırışların  düzgün cavablandırılması  uğurlarımızın davamlılığına öz töhfəsini verir.

Dövlət başçısı sözügedən çıxışında bu reallığı xüsusi qeyd etmişdir: “Son illər ərzində biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də çox diqqətli olmalıdırlar.”

Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, gənclərimizlə bağlı fikirlərini səsləndirməsin. Altıncı çağırış Milli Məclisin ilk iclası bu baxımdan da diqqətdə oldu. Dövlət başçısı bu çağırışı etdi: “Bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə almalıdırlar. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürəcəklər.”

Bu gün hər birimiz qürurla Azərbaycan gənclərinin vətənpərvərliyindən, torpaq, Vətən sevgisindən bəhs edirik. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması bunun təqdimatı oldu.