YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhlükəsiz və təmiz ətraf mühit naminə

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda son 20 ildə böyük iqtisadi layihələr uğurla həyata keçirilmişdir. Eyni zamanda ölkəmizdə enerji siyasəti ən yüksək səviyyədə aparılır ki, Azərbaycanda hətta 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını sözün əsl mənasında təhlükəsiz və daha təmiz ətraf mühit naminə verilmiş mühüm töhfə kimi qiymətləndirmək lazımdır. İşğaldan azad olunan doğma Qarabağ zonası da cənab Prezidentin bəyan etdiyi kimi "yaşıl enerji" zonası olacaq. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı məlum olduğu kimi “Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. “Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng bir layihə olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, qazın təchiz edildiyi region və ölkələrin enerji təhlükəsizliyini artırır.

Azərbaycanda cari ilin martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Qeyd edilən məsələ ilə bağlı cənab Prezident “Euronews” televiziyasına müsahibə verib və ölkəmizin iqtisadi sahədəki uğurlu  nəticələrini, həmçinin böyük enerji siyasətimizin mahiyyətini ictimaiyyətin diqqətinə çatdırıb.  Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. Bəli, bu isə onu göstərir ki, Azərbaycan öz qazını Avropa nəql edən böyük bir layihəni həyata keçirdi.  Digər diqqət çəkən məqam Prezident İlham Əliyevin bəyan etdiyi “Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır” sözlər onu deməyə əsas verir ki, Azərbaycan neft və qeyri-neft sahələrindən əldə olunan gəlirləri ölkəmizin, xalqımızın maraqları naminə sərf edir ki, bu da Azərbaycanın hərtərəfli inkişafına və vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasına müsbət təsir göstərir.