YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Thonqlun Sisulit: Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında dostluq əlaqələri daha da güclənsin və tərəqqiyə xidmət etsin

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Partiyamız, hökumətimiz və Laos xalqı adından, eləcə də öz adımdan Azərbaycan xalqının Sizə, həmçinin hakim Yeni Azərbaycan Partiyasına inam və etimadının nəticəsi olaraq yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası bütün sahələrdə inkişaf etmiş dövlətlər sırasına daxil olaraq daha da qüdrətli ölkəyə çevriləcəkdir.

Ümidvaram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası, eləcə də Laos Xalq İnqilab Partiyası və Yeni Azərbaycan Partiyası arasında dostluq və yaxşı əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli işlərinizdə daha böyük uğurlar arzulayıram. Qoy iki partiyamız və Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında dostluq əlaqələri daha da güclənsin və tərəqqiyə xidmət etsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”