YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oljas Süleymenov: Seçkilərdən əvvəlki dövrdə Sizin və bütün xalqınızın xidmətləri bu qələbəni şərtləndirib

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Sizi fevralın 7-də keçirilmiş seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.

Seçkilərdən əvvəlki dövrdə Sizin və bütün xalqınızın xidmətləri bu qələbəni şərtləndirib. Bu, Qara Bağdan indi inamla Böyük Bağa çevrilən Qarabağda qazanılan Qələbənin əks-sədasıdır.

Qoy Sizin bütün təşəbbüsləriniz həmişə “böyük” kəlməsi ilə müşayiət olunsun!

Sizə cansağlığı və uzun ömür arzulayıram.”