YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zamanla səsləşən strategiya

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

2020-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinə  keçirilən növbədənkənar seçkilər yeni dönəmin siyasi mənzərəsi olaraq bir sıra xüsusiyyətlərə malik oldu.  Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışını xüsusi qeyd etmək lazımdır.

Cənab Prezident seçkilərin zəruriliyini, keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi.

Keçirilmiş seçkilərə dair beynəlxalq rəyin əhəmiyyətli oduğunu bildirən ölkə başçısı qeyd etmişdir ki,  Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmiəsi bunları deməyə əsas verir.

Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin  labüd olduğunu bildirən cənab Prezident çıxışında bildirdi ki, islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Dövlətimizin başçısı həmçinin iqtisadiyyatın daha da inkişaf etdirilməsi, milli, mənəvi dəyərlərin qorunması, bu dəyərlər konteksində yeni gənc nəslin formalaşması, sosial və gənclər siyasətinin daha geniş vüsət alması və dövlətçilik ənənələrinin gücləndirilməsi ilə bağlı tövsiyələrini verdi və bu yöndə deputatların üzərinə düşən vəzifələrdən bəhs etdi.

Parlament qarşısında bu və digər vəzifələri müəyyənləşdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində çox önəmli rol oynayır. Həmçinin, Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri mövcuddur. Qonşu dövlətlərlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı bu məqamları da xüsusi vurğulamışdır: “Azərbaycan müasir, dünyəvi dövlət kimi günü-gündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və parlamentin rolu burada çox vacibdir. Bu gün Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Ölkədə həm təhlükəsizlik, həm də sabitlik təmin edilib. Torpaqlarımız 30 illik işğaldan azad olunub.

Zaman göstərdi ki, Prezident, Müzəffər Ali Baş Komandan uzaqgörənliklə qarşıda baş verəcək  proseslərin anonsunu verir, hamını bir ideya ətrafında birləşməyə çağırırdı. Bu çağırışın nəticəsi olaraq bu gün Azərbaycan suveren, azad bir ölkə, Azərbaycan xalqı isə qalib xalq statusu qazanmışdır.